Sabirabad rayonunda Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə meşə fondu torpaqlarında ağacəkmə aksiyası keçirilmişdir
Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Sabirabad Rayon İcra Hakimiyyətinin nümayəndələrinin və Regional Meşə Təsərrüfatı Mərkəzlərinin iştirakı ilə Sabirabad rayonunda genişmiqyaslı meşəbərpa tədbirləri keçirilib.
Aksiyada Ekologiya və Təbii Sərvətlər Naziri Muxtar Babayev, Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov, Meşələrin İnkişaf Xidmətinin rəisi Ramik Əşrəfov, hüquq-mühafizə orqanlarının rəhbərləri və Regional Meşə Təsərrüfatı Mərkəzin əməkdaşları iştirak etmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ətraf mühitin mühafizəsi, yeni yaşıllıqların salınması və artırılması, iqlim dəyişikliyi ilə mübarizə sahəsində apardığı siyasətə, o cümlədən “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində həyata keçirilən yaşıllaşdırma işlərinə töhfə vermək məqsədilə Sabirabad rayonunun Dadaşbəyli kəndi ərazisində meşə fond torpaqlarında xan çinarı, meliya, eldar şamı, zeytun tingləri əkildi və palıd toxumu səpilmişdir.