Sabirabad rayonunda dövlət şəhərsalma nəzarəti çərçivəsində özbaşına aparılan tikinti işlərinin qarşısının alınması ilə bağlı müşavirə keçirilib
Sabirabad Rayon İcra Hakimiyyətinin iclas zalında "Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2023-cü il 30 may tarixli 889-VİQD nömrəli Qanununun icrasının təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 14 iyun 2023-cü il tarixli 2186 nömrəli Fərmanının icrası ilə əlaqədar Sabirabad RİH başçısı Siraqəddin Cabbarovun sədirliyi ilə müşavirə keçirilib.
Müşavirədə rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, rayon Polis Şöbəsinin əməkdaşları, RİH başçısının İƏD üzrə nümayəndələri, bələdiyyə sədrləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov şəhərsalma və tikinti fəaliyyəti sahəsində rayonda görülmüş işlər, eləcə də bu sahədə baş verən qanun pozuntularının vaxtında aşkar edilməsi, nöqsanların tez bir zamanda aradan qaldırılması, dövlət şəhərsalma nəzarətinin daha da gücləndirilməsi, qanunsuz tikinti işlərinin qarşısının alınması ilə əlaqədar görüləcək işlər barədə məlumat verib. Qeyd olunub ki, şəhərsalma və tikinti fəaliyyəti sahəsində baş verən qanun pozuntularının vaxtında aşkar edilməsi və nəticələrinin aradan qaldırılması, dövlət şəhərsalma nəzarətinin daha da gücləndirilməsi, qanunsuz tikinti işlərinin qarşısının alınması, habelə qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin sadələşdirilmiş qaydada istismarına icazə verilməsi ilə bağlı zəruri tədbirlərin görülməsi məqsədilə Sabirabad Rayon İcra Hakimiyyətinin işçilərindən məsul şəxslər təyin edilib və onlar arasında inzibati ərazi dairələrinin bölgüsü aparılıb.
Rayon rəhbəri tərəfindən müzakirə olunan məsələlərlə bağlı aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıq və tövsiyələrini vermişdir.