Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabad rayonunda Dövlət Məşğulluq Agentliyi tərəfindən işaxtaran və işsiz şəxslər üçün Əmək Yarmarkası keçirilmişdir

10 oktyabr 2024 | 14:31

10 oktyabr 2024-cü il tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Mil-Muğan Regional Məşğulluq Filialının və Sabirabad Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Sabirabad rayonunda növbəti əmək yarmarkası keçirilmişdir.

Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov və Dövlət Məşğulluq Agentliyinin Mil-Muğan Regional Məşğulluq Filialının rəsmiləri Sabirabad rayon Mədəniyyət Mərkəzində təşkil olunan yarmarkaya qatılan rayon sakinləri ilə görüşüb, onların qayğıları ilə maraqlanıb, yarmarkanın təşkili və prosesin dinamikası ilə tanış olublar. Tədbirdə qeyd olunub ki, əmək yarmarkaları işsiz və işaxtaran şəxslərin işəgötürənlərlə bilavasitə təmas yaratması və bu vasitə ilə də işə düzəlmələrinə köməklik məqsədilə həyata keçirilən aktiv məşğulluq tədbirlərindən biridir. Yarmarkada iştirak etməklə vətəndaşlar həm karyera imkanları, əmək bazarı, peşələr haqqında məlumatlar əldə etmək, həm də Dövlət Məşğulluq Agentliyinin fəaliyyəti ilə tanış olmaq, aktiv məşğulluq tədbirlərinə müraciət etmək şansı yaranır.

Yarmarkada 18 müəssisə iştirak edib və 150 vakansiya təqdim olunub. İşəgötürənlər tərəfindən vakansiyalara müraciət edən şəxslərin CV-ləri qəbul edilərək nəzərdən keçirilib, uyğun namizədlər növbəti mərhələyə dəvət olunacaqlar.

Tədbirdə həmçinin işsiz və işaxtaran şəxslərə Agentliyin aktiv məşğulluq istiqamətləri və müraciət qaydaları barədə də məlumat verilib.

Keçidlər