Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabad rayonunda Dövlət İmtahan Mərkəzi tərəfindən dövlət qulluqçuları üçün 3 günlük təlimlər keçirilmişdir

16 noyabr 2023 | 16:30

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın 1-3-cü bəndlərində nəzərdə tutulmuş tədbirlər üzrə Dövlət İmtahan Mərkəzi əsas icraçı qurum olduğu üçün Mərkəz tərəfindən 2023-cü ilin sonuna qədər Azərbaycan Respublikasının inzibati bölgüsünə əsasən bütün regionlarda dövlət qulluqçuları üçün təlimlər keçirilir.

13-16 noyabr 2023-cü il tarixlərində Sabirabad rayonu Heydər Əliyev Mərkəzində Dövlət İmtahan Mərkəzi tərəfindən “Dövlət qulluğunda etik davranış qaydaları və korrupsiya ilə mübarizə”, “Rəhbər vəzifəli şəxslər üçün insan resurslarının idarəedilməsi və liderlik” və “Dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi qaydaları” mövzularında təlim keçirib.

Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən təlimdə Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı aparatının əməkdaşları, rayonda fəaliyyət göstərən idarə və müəssisələrdə çalışan dövlət qulluqçuları da iştirak etmişdir.

Təlimdə dövlət qulluqçularının etik davranış qaydaları və onların əhəmiyyəti, korrupsiya ilə mübarizə və etik davranış qaydalarının tətbiqi məsələləri, korrupsiya anlayışı, korrupsiya ilə əlaqədar hüquqpozmaların subyektləri, korrupsiya hüquqpozmalarının növləri və məsuliyyət, korrupsiyaya qarşı mübarizə metodları və vasitələri, müvafiq sahədə beynəlxalq təcrübə, Azərbaycan Respublikasında korrupsiyaya qarşı mübarizədə əldə edilmiş nailiyyətlər və digər qaydalar barədə məlumat verilib.

Keçidlər