Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabad rayonunda “Dayanıqlı fermer təsərrüfatı üçün aqrar sığorta” mövzusunda növbəti maariflədirici tədbir keçirilmişdir

29 aprel 2025 | 17:25

Azərbaycanda dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığortaya bölgələrdə maraq artmaqdadır. Sığortanın əhatə etdiyi məhsulların çeşidinin böyük olması və dövlət dəstəyi aqrar sığortanı hər bir fermer üçün əlçatan edib. 

Kənd təsərrüfatı heyvanları və bitkilərin, xüsusilə tərəvəz və meyvə bağlarının sığortası, bu sahədəki yeniliklər və fermerləri maraqlandıran məsələlər Aqrar Sığota Fondu və Sabirabad Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə rayon İcra Hakimiyyətinin inzibati binasında keçirilən “Dayanıqlı fermer təsərrüfatı üçün aqrar sığorta” tədbirində müzakirə edilib.

Tədbiri giriş sözü ilə açan Sabirabad Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Həsən Həsənov Sabirabadda kənd təsərrüfatı üçün böyük imkanlar olduğunu, əkinçiliyin və heyvandarlığın inkişaf etdiyini bildirib.

Tədbirdə çıxış edən Aqrar Sığorta Fondunun Sabirabad-Biləsuvar-Cəlilabad rayonu üzrə kordinatoru Rafət Əsgərov ölkəmizdə dövlət tərəfindən yaradılan aqrar sığorta mexanizmi, onun iş prinsipi, fermerlər üçün əhəmiyyəti barədə məlumat verib. Həmçinin aqrar sığorta haqqına 50%-lik dövlət dəstəyi sayəsində fermerlər cüzi məbləğ ödəməklə əkin sahələrini sığorta edə bilərlər.

Tədbirdə bildirilib ki, aqrar sığorta əkin sahələrini təbiət hadisələri, dolu, qasırğa, fırtına, leysan yağışları, sel-subasma, yanğın, vəşhi heyvanların hücumu, 3-cü şəxslərin hərəkətərindən sığorta edir.

Tədbirdə sığorta haqları və sığorta ödənişləriin hesablanması, ayrı-ayrı məhsullar üzrə sığorta haqları, ödəniş prosesi barədə məlumat verilib.

Əlavə ödənişlə məhsulu donvurmadan və dolu yağması nəticəsində görünüşünün korlanmasına görə ucuzlaşmasından da sığortalamaq mümkündür.

Məlumatlar fermerlərin böyük marağına səbəb olub, onlar sığortanın əhatə etdiyi risklər, sığorta ödənişi prosesi, sığoorta müqaviləsinin bağlanması və qüvvəyə minməsi, heyvandarlıq sığortası və sair hallarla bağlı çoxsaylı suallar verib və həmin suallar cavablandırılıb.

Keçidlər