Sabirabad rayonunda bitki mühafizəsi vasitələrindən və aqrokimyəvi maddələrdən normativlərə uyğun istifadənin təşviqi barədə görüş keçirilmişdir
Azərbaycan Respublikası Prezidentinin 29 aprel 2019-cu il tarixli, 1143 nömrəli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövlət Proqramı”nın 10.8.7-ci (bitki mühafizəsi vasitələrindən və aqrokimyəvi maddələrdən normativlərə uyğun istifadənin olunması) istiqamətində təşviqat işlərinin aparılması barədə Sabirabad Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında maarifləndirici görüş keçirilib. Keçirilən görüşdə Sabirabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov, DAİM-in əməkdaşları və fermerlər iştirak etmişdir.
Görüşü giriş sözü ilə açıq elan edən Həsən Həsənov çıxış edərək bitki sağlamlığının təmin olunması, standartlara cavab verən yüksək keyfiyyətli qida məhsullarının istehsalı, bitki örtüyünün qorunması və inkişafı üçün istifadə olunan bitki mühafizə vasitələri, pestisid və bioloji preparatların saxlanılması və istifadəsi ilə bağlı qaydalara əməl olunmasından və təsərrüfatlarda tətbiq olunan mütərəqqi texnologiyaların və aqrotexniki qaydalardan istifadəsinin həyata keçirilməsindən söz açıb.
Tədbirdə çıxış edən aidiyyəti qurumların əməkdaşları tərəfindən bu sahədə qəbul olunmuş qanunun müddəaları bərədə geniş və ətraflı məlumat verilib. Bitki mühafizəsi vasitələrindən və aqrokimyəvi maddələrdən normativlərə uyğun istifadə ilə bağlı maarifləndirici çıxışlar olunub. Görüş zamanı tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb və ümumi müzakirələr aparılmışdır.