Sabirabad rayonunda “BİRLİK” Regional Festivalı keçirilib
Sabirabad Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı ilə Sabirabad “BİRLİK” Regional Festivalı baş tutub.
Festival proqrama əsasən rəsmi açılış mərasimi ilə başlayıb. Mərasimdə Sabirabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov və Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin rəisi Nadir Quliyev çıxış edərək tədbir iştirakçılarını salamlayıb, gəncləri “12 Avqust - Beynəlxalq Gənclər Günü” münasibətilə təbrik ediblər.
Açılış mərasimindən sonra gənclər təşkilatlarının sərgisi keçirilib, burada iştirakçılar gənclər təşkilatlarının müxtəlif sahələrdə həyata keçirdikləri layihələrlə tanış olublar.
Festivalın davamında konsert proqramı təşkil olunub. Proqram çərçivəsində musiqi ifaları səsləndirilib, Festival iştirakçıları rəqs edərək tədbirin əyləncəli hissəsini daha da rəngarəng etdilər.