Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabad rayonunda "Bəşər tarixinin ən böyük şəxsiyyəti" mövzusunda dəyirmi masa keçirilib

27 iyul 2023 | 15:45

Sabirabad Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Sabirabad rayon Heydər Əliyev Mərkəzində Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunan "Bəşər tarixinin ən böyük şəxsiyyəti" mövzusunda dəyirmi masa keçirilib.

Tədbirdə Heydər Əliyev Mərkəzinin direktoru Rəna Hacıyeva, Yeni Azərbaycan Partiyasının əməkdaşı Tural Hüseynzadə, Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin rəis müavini Elçin Qiyasov və əməkdaşları, mədəniyyət müəssisələrinin əməkdaşları və rayon gəncləri iştirak edib.

Bəşər tarixində əlçatmaz zirvəyə yüksələn dahi şəxsiyyət, Azərbaycan xalqının Ümummilli Lideri, bütün həyatını Azərbaycan dövlətinin, xalqının inkişafına həsr etmiş, müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqının və dövlətinin müstəqilliyi, inkişafı naminə böyük və əvəzedilməz işlər görmüş, hər zaman fəxr edəcəyimiz, qürur hissi ilə xatırlayacağımız, fenomenal şəxsiyyət kimi Azərbaycan xalqı və dövlətçiliyi üçün çox böyük və əvəzedilməz xidmətlər göstərmiş Ulu Öndər Heydər Əliyev haqqında söhbət açılıb.

Qeyd olunub ki, xalqımızın görkəmli oğlu Heydər Əliyevin irsi olduqca zəngindir. Öz həyat və fəaliyyəti ilə ölməzlik zirvəsinə yüksələn Heydər Əliyevin keçdiyi ömür yolu bizim üçün zəngin həyat məktəbidir.

Keçidlər