Sabirabad rayonunda “Bələdiyyə seçkilərində qadınların fəallığının yüksəldilməsi” mövzusunda tədbir keçirilib
Sabirabad Dövlət Sosial İqtisadi Kollecində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Mərkəzi Seçki Komissiyası və “Bərabər İnkişaf Naminə” Koalisiyanın birgə təşkilatçılığı ilə “Bələdiyyə seçkilərində qadınların fəallığının yüksəldilməsi” mövzusunda tədbir keçirilib.
Tədbirdə çıxış edən “Bərabər İnkişaf Naminə” Koalisiyanın sədri Təranə Kərimova qadınların ictimai-siyasi həyatın hər bir sahəsində fəallıq nümayiş etdirməsinin vacibliyini vurğulayaraq, ölkəmizdə 29 yanvar 2025-ci il tarixində keçiriləcək bələdiyyə seçkilərində qadınları fəal iştiraka dəvət edib.
Daha sonra 67 saylı Sabirabad Dairə Seçki Komissiyasının sədri Məstalı Nuriyev seçkiyə hazırlıq prosesi və seçki prosedurları haqqında məlumat verərək qadınların fəal iştirakının əhəmiyyətini vurğulayıb.
Tədbirdə Sabirabad Uşaq və Ailələrə Dəstək Mərkəzinin əməkdaşı Şamama Ədilova, rayon Heydər Əliyev Mərkəzinin direktoru Rəna Hacızadə, Cavad kənd sakini, sahibkar Sədaqət Rəsulova çıxış edərək Sabirabad rayon qadınlarının fəallığından bəhs ediblər.
Tədbirin yekununda təkliflər dinlənilib və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.