Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabad rayonunda Azərbaycanda “Talassemiyasız həyat naminə” proqramı layihəsi çərçivəsində qanvermə aksiyası keçirilmişdir

13 sentyabr 2024 | 15:36

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın diqqət və qayğısı sayəsində talassemiya xəstəliyindən əziyyət çəkən xəstə uşaqlara kömək göstərmək, bu insanların həyatlarını xilas etmə yönündə nəcib təşəbbüslər dövlətimizin uğurlu siyasətinin əsas istiqamətlərindəndir.

Sabirabad Rayon İcra Hakimiyyəti, TƏBİB və Mərkəzi Qan Bankının birgə təşkilatçılığı ilə Azərbaycanda “Talassemiyasız həyat naminə” proqramı layihəsi çərçivəsində 13 sentyabr 2024-cü il tarixdə Sabirabad rayonunda qanvermə aksiyası keçirilmişdir. Bu məqsədlə Mərkəzi Rayon Xəsətəxanasının Acil şöbəsində əvvəlcədən hazırlıq işləri görülərək qan götürülməsi üçün lazımi şərait yaradılmışdır.

Milli Hematologiya və Transfiziologiya İnstitutunun nəzdində fəaliyyət göstərən Mərkəzi Qan Bankının bir qrup əməkdaşı qanvermə aksiyasını həyata keçirmişdir. Sabirabad rayonunda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların kollektivləri, ictimaiyyətin və gənclərin nümayəndələri bu aksiyada könüllü surətdə iştirak etmişlər. Yığılan qan ehtiyatı yoxlanılaraq talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkən insanlar üçün istifadə olunacaq.

Keçidlər