Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabad rayonunda Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən vətəndaşların səyyar qəbulu keçirilib

20 avqust 2024 | 14:27

Maliyyə xidmətləri sahəsində vətəndaşların hüquqlarının qorunması, habelə onlara göstərilən xidmət səviyyəsinin yüksəldilməsi istiqamətində Mərkəzi Bank tərəfindən görülən mütəmadi tədbirlərin davamı olaraq 2024-cü ilin avqust ayının 20-də Sabirabad Bayraq Muzeyində vətəndaşların səyyar qəbulu keçirilmişdir.

Vətəndaşların müraciətləri əsasən həyat sığortası, kreditin istənilməsi, kredit borcuna güzəşt olunması, qalıq kredit borc barədə məlumatın öyrənilməsi və Mərkəzləşdirilmiş Kredit Reyestrində gecikmə günlərinin silinməsi ilə bağlı olub.

Qəbul zamanı vətəndaşların müraciətləri dinlənilərək müvafiq izahatlar verilib, bəzi məsələlər yerindəcə öz həllini tapıb. Əlavə araşdırma tələb olunan məsələlərlə bağlı vətəndaşlara ərizə tərtib etmələri üçün dəstək göstərilib.

Qeyd olunub ki, maliyyə xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsi məqsədilə səyyar qəbulların keçirilməsi davam etdiriləcəkdir.

Keçidlər