Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabad rayonunda Azərbaycan Respublikasında 2023-cü il “Heydər Əliyev ili” çərçivəsində qan vermə aksiyası keçirilmişdir

30 avqust 2023 | 14:53

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın diqqət və qayğısı sayəsində talassemiya xəstəliyindən əziyyət çəkən xəstə uşaqlara kömək göstərmək, bu insanların həyatlarını xilas etmə yönündə nəcib təşəbbüslər dövlətimizin uğurlu siyasətinin əsas istiqamətlərindəndir.

Azərbaycan Respublikasında 2023-cü il “Heydər Əliyev ili” çərçivəsində Sabirabad Rayon İcra Hakimiyyəti, TƏBİB və Mərkəzi Qan Bankının birgə təşkilatçılığı ilə Sabirabad rayonunda qanvermə aksiyası keçirilmişdir. Bu məqsədlə Sabirabad Mərkəzi Rayon Xəsətəxanasının Poliklinika şöbəsində əvvəlcədən hazırlıq işləri görülərək qan götürülməsi üçün lazımi şərait yaradılmışdır.

Milli Hematologiya və Transfiziologiya İnstitutunun nəzdində fəaliyyət göstərən Mərkəzi Qan Bankının bir qrup əməkdaşı qanvermə aksiyasını həyata keçirmişdir. Sabirabad rayonunda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların kollektivləri, ictimaiyyətin və gənclərin nümayəndələri bu aksiyada könüllü surətdə iştirak etmişlər. Yığılan qan ehtiyatı yoxlanılaraq talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkən insanlar üçün istifadə olunacaq.

Keçidlər