Sabirabad rayonunda "Ailə dəyərlərinin qorunmasında qadınların rolu" mövzusunda dəyirmi masa keçirilib
Sabirabad rayon Heydər Əliyev Mərkəzi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Sabirabad Uşaq və Ailələrə Dəstək Mərkəzi ilə birgə Heydər Əliyev Mərkəzində 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə "Ailə dəyərlərinin qorunmasında qadınların rolu" mövzusunda dəyirmi masa keçirilib.
Tədbirdə Sabirabad Uşaq və Ailələrə Dəstək Mərkəzinin rəhbərliyi və əməkdaşları, Sabirabad Rayon İcra Hakimiyyətinin nümayəndələri, Sabirabad 1 saylı Mediasiya Təşkilatının rəhbərliyi, Sabirabad Gənclər Evinin əməkdaşı, təhsil, mədəniyyət və digər sahələrdə çalışan, rayonun ictimai-siyasi və mədəni həyatında fəal iştirak edən xanımlar və gənclər iştirak ediblər.
İlk öncə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi uğrunda canından keçən qəhrəman şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edənlər bayram münasibətilə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanı, qızları Leyla və Arzu Əliyevaları, tədbir iştirakçılarını, şəhid analarını və bütün Azərbaycan qadınlarını təbrik edərək onlara xoş arzularını bildiriblər.
Qeyd olunub ki, ölkəmizdə qadın siyasətinin əsasını qoyan Ulu Öndər Heydər Əliyev qadın şəxsiyyətinə böyük hörmətlə yanaşırdı, qadınların hərtərəfli fəaliyyətinə geniş meydan verdi. Müstəqil Azərbaycanda dövlət ailə siyasətinin formalaşması Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva milli mənəvi dəyərlərin qorunmasına böyük diqqət və qayğı göstərirlər.
Görüş mövzu ətrafında qarşılıqlı müzakirələrlə davam etdirilib.