Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabad rayonunda “8 Noyabr – Zəfər Günü”nə həsr olunmuş XXXII ənənəvi ölkə Spartakiadasının final mərhələsi keçirilib

04 noyabr 2024 | 15:00

Sabirabad Olimpiya İdman Kompleksində Gənclər və İdman Nazirliyi, Azərbaycan Kənd Təsərrüfatı və Qida Sənayesi İşçiləri Həmkarlar İttifaqı Federasiyası, Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyası və “Məhsul” Kənd Könüllü Həmkarlar Kooperativ İdman Cəmiyyətinin Respublika Şurasının birgə təşkilatçılığı ilə “8 Noyabr – Zəfər Günü”nə həsr olunmuş "Azərbaycan Milli Xalq İdman Oyunları" üzrə kənd idmançılarının XXXII ölkə spartakiadasının final mərhələsinin təntənəli açılış mərasimi keçirilib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səslənib və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Spartakiadanın final mərhələsinin açılışında Azərbayacan Respublikası Həmkarlar İttifaqi Konfederasiyasının sədr müavini Hikmət Osmanov, Sabirabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov, YAP Sabirabad rayon təşkilatının sədri Varis Rüstəmov, Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin rəis müavini Elçin Qiyasov, AHİTA sədri Binyamin Mənsimzadə və digər rəsmi şəxslər Vətən Müharibəsində qazandığımız şanlı zəfərimizdən, canından, qanından keçən şəhid və qazilərimizdən fəxrlə çıxışlar ediblər.

İdmançılar daşqaldırma, gücsınama (kişilər və qadınlar), dirədöymə, çalağançardağı, kəndirdartma, nərd, milli güləş və nərd üzrə yarışlarında öz güclərini sınayıblar. Bundan əlavə cüdo və karate idman növləri üzrə nümunəvi çıxışlar təqdim olunub. Açılışın bədii hissəsində musiqili nömrələr təqdim olunub.

Yarışlarda Ağdam, Qubadlı, Şamaxı, Neftçala, Sabirabad, Biləsuvar, Cəlilabad, Goranboy, Qax, İmişli, Füzuli, Laçın, Kürdəmir, Zəngilan, Quba rayon və Gəncə şəhər komandalarından 300-ə yaxın idmançı iştirak edib.

Keçidlər