Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabad rayonunda 8 noyabr - Zəfər Günü münasibətilə ağacəkmə aksiyası keçirilib

07 noyabr 2023 | 16:00

Sabirabad Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə RİHB aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, müharibə əlilləri və iştirakçıları, ərazi nümayəndələri, bələdiyyə sədrləri, idarə, müəssisə və təşkilatların əmək kollektivi, ağsaqqallar, ziyalılar, ictimaiyyətin və gənclərin nümayəndələri tərəfindən 8 noyabr - Zəfər Günü münasibətilə təşkil olunan silsilə tədbirlər çərçivəsində respublika əhəmiyyətli Hacıqabul-Bəhrəmtəpə-Horadiz maqistral avtomobil yolunun rayonun Bulaqlı kəndi ərazisindən keçən hissəsinin yol kənarında, Sabirabad şəhərinin park və xiyabanlarında, şəhidlərin xatirəsinə ucaldılmış kompleks və bulaqların ətrafında ağacəkmə aksiyası keçirilib.

Keçirilən ağacəkmə aksiyası çərçivəsində Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov və aksiya iştirakçıları tərəfindən 10000 ədəd ölkəmizin iqlim şəraitinə uyğun dekorativ və meyvə ağacları əkilmiş və ağaclara aqrotexniki qulluq göstərilmişdir.

Qeyd edək ki, əkilən ağacların 3000 ədədi Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən verilmiş, 7000 ədədi isə rayonun daxili hesabına alınmışdır ki, onlardan da 1000 ədədi meyvə ağaclarıdır.

Keçidlər