Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabad rayonunda 8 noyabr – Zəfər Günü ilə əlaqədar “Ata vəsiyyəti və inamlı zəfər” adlı konsert proqramı keçirilib

08 noyabr 2023 | 16:20

Sabirabad rayonunda 8 noyabr – Zəfər Günü ilə əlaqədar “Ata vəsiyyəti və inamlı zəfər” adlı konsert proqramı keçirilib.

Tədbirdə Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı cənab Siraqəddin Cabbarov, RİHB aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, müharibə əlilləri və iştirakçıları, ərazi nümayəndələri, bələdiyyə sədrləri, idarə, müəssisə və təşkilatların əmək kollektivi, ağsaqqallar, ziyalılar, ictimaiyyətin və gənclərin nümayəndələri iştirak edib.

Çıxış edənlər tarixi zəfərimizə aparan yoldan, 44 günlük Vətən müharibəsindən, Qarabağda aparılan quruculuq işlərindən, son uğurlu antiterror əməliyyatlarından geniş söhbət açıblar.

Rayonumuzun tanınmış mədəniyyət və incəsənət xadimlərinin iştirakı ilə keçirilən bayram konserti sabirabadlılar tərəfindən böyük coşğu ilə qarşılanıb. Sonadək izdihamla müşayiət olunan konsert proqramında Ulu Öndərə, Vətənə, Qarabağa ithaf olunmuş musiqi əsərləri ifa olunub, muğam və xalq mahnıları, tamaşaçıların sevdikləri nəğmələr onlara ərməğan olunub.

Sonda Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin, Sabirabad Gənclər Evinin, Yeni Azərbaycan Partiyasının Sabirabad rayon təşkilatının birgə təşkilatçılığı və Sabirabad Rayon İcra Hakimiyyətinin dəstəyi ilə 8 noyabr – Zəfər Günü ilə əlaqədar “Çiçəklənən Xarıbülbül”  möhtəşəm flaşmob tədbiri şəhərin mərkəzi meydanında gerçəkləşdi.

Keçidlər