Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabad rayonunda 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib

04 oktyabr 2024 | 15:18

Tədbir iştirakçıları əvvəlcə Sabirabad şəhərində Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək xatirəsini dərin ehtiramla yad ediblər.

Sabirabad rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbiri giriş sözü ilə açan Sabirabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir iştirakçılarının timsalında regionun bütün müəllimlərini təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb.

Daha sonra Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Rəşad Musayev əlamətdar gün münasibətilə təhsil işçilərini təbrik edib, xoş arzularını çatdırıb. Keçən tədris ilində Mil-Muğan Regional Təhsil İdarəsi üzrə Respublika fənn olimpiadasında, Qərbi Azərbaycana Qayıdış olimpiadasında və başqa müsabiqə və yarışlarda qazanılan uğurlarda müəllimlərimizin böyük əməyi olduğunu vurğulayaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təhsilimizə göstərdiyi diqqət və qayğısından danışaraq, ölkəmizdə, o cümlədən regionumuzda bir çox yeni məktəb binalarının tikildiyini, əsaslı təmir olunduğunu, məktəblərin ən müasir avadanlıq və ləvazimatla təchiz edildiyini qeyd edərək, təhsil işçiləri adından ölkə rəhbərinə minnətdarlığını bildirib.

Sonra təhsil işçiləri çıxış edərək Beynəlxalq Müəllimlər Günü münasibətilə təbriklərini çatdırdılar, əldə olunan nailiyyətlərdən, qarşıda duran vəzifələrdən danışdılar. Təhsil işçilərinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Sonda şagirdləri IX sinif buraxılış imtahanıında yüksək nəticə göstərən, həmçinin müxtəlif müsabiqə və yarışlarda qalib olan regionun bir qrup müəllim Elm və Təhsil Nazirliyinin “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı və Fəxri Fərmanı təltif olunub.

Keçidlər