Sabirabad rayonunda 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə bayram konserti təşkil olunub
Sabirabad Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Mil-Muğan Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Sabirabad rayon Mədəniyyət Mərkəzinin qarşısında bayram konserti təşkil olunub.
Tədbirdə rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri, mədəniyyət işçiləri, eləcə də sakinlər iştirak ediblər.
Sabirabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov çıxış edərək tədbir iştirakçılarını qarşıdan gələn bayram günləri münasibətilə təbrik edib, onlara firavanlıq və uğurlar arzulayıb.
Sabirabad şəhər Uşaq Musiqi Məktəbi və Sabirabad rayon Mədəniyyət Mərkəzinin birgə təşkil etdiyi konsert proqramı tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
Bayram ab-havası ilə keçən tədbirdə Şaxta baba, Qar qız və digər nağıl personajlarının iştirakı xüsusilə uşaqlarda xoş əhval-ruhiyyə yaradıb, konsertə rəngarənglik qatıb.






