Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabad rayonunda "3 İyun - Dünya Velosiped Günü" ilə əlaqədar veloyürüş keçirilib

03 iyun 2026 | 17:30

Sabirabad rayonunda “Şəhərsalma və Memarlıq İli” çərçivəsində "3 İyun - Dünya Velosiped Günü" ilə əlaqədar olaraq Sabirabad Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə veloyürüş keçirilib.

Tədbirdə Sabirabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov və Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin rəisi Elçin Qiyasov çıxış edərək "3 İyun - Dünya Velosiped Günü"nün əhəmiyyətinən danışmış və iştirakçılara uğurlar arzulayıblar.

Sabirabad Gənclər Evinin qarşısından başlayaraq 4 km məsafəni əhatə edən marşrut Kür və Araz çaylarının qovuşduğu məkanda başa çatmışdır. Finiş nöqtəsində yürüş iştirakçıları ilə birlikdə tədbir keçirilib.

Yürüşdə 60-a yaxın həvəskar velosipedçilər, həmçinin şəhər sakinləri iştirak ediblər.

Kütləvi idman tədbirinin təşkilində məqsəd velosiped idman növünün əhali arasında tanıdılması, sağlam həyat tərzinin təbliği və bu nəqliyyat vasitəsindən istifadə etməklə ətraf mühitin qorunmasıdır.

Sonda iştirakçılarla birlikdə xatirə şəkli çəkdirilib.

Keçidlər