Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabad rayonunda “27 Sentyabr - Anım Günü”nün beşinci ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilib

27 sentyabr 2025 | 12:25

Sabirabad rayonunda 27 Sentyabr - Anım Günü”nün beşinci ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilmişdir. Tədbirdə Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, müharibə əlilləri və iştirakçıları, ərazi nümayəndələri, bələdiyyə sədrləri, idarə, müəssisə və təşkilatların əmək kollektivi, ağsaqqallar, ziyalılar, ictimaiyyətin və gənclərin nümayəndələri iştirak etmişlər.

Anım tədbirinin iştirakçıları əvvəlcə Sabirabad Şəhidlər Xiyabanını ziyarət etmiş, önünə gül-çiçək dəstələri düzmüş və şəhid olan həmvətənlərimizin unudulmaz xatirəsini ehtiramla yad etmişlər.

Tədbirdə Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov çıxış edərək 44 günlük Vətən Müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun əsgər və zabitlərinin göstərdiyi qəhrəmanlıqlardan danışmış, şəhidlərimizə Allahdan rəhmət diləmiş, onların əziz xatirəsinin böyüməkdə olan nəsil üçün örnək olduğunu diqqətə çatdırmış, müharibə əlilləri və iştirakçılarına can sağlığı, uzun ömür arzulamışdır.

Şəhid ailələrinin üzvləri övladlarının əziz xatirəsinin yad olunması üçün təşkil olunan anım tədbirlərinə görə Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz təşəkkürlərini bildirmişlər.

Daha sonra Sabirabad rayon Mədəniyyət Mərkəzində II Qarabağ Müharibəsinin sabirabadlı şəhidlərinin xatirəsinə həsr olunmuş “Torpağı Vətən edənlər” filmi nümayiş olunmuşdur.

Anım Günü ilə əlaqədar saat 12.00-da ölkənin hər yerində olduğu kimi Sabirabad rayonunda da şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Keçidlər