Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabad rayonunda 27 Sentyabr – Anım Gününə həsr olunmuş “Ana vətən” adlı tədbir keçirilib

25 sentyabr 2026 | 14:10

Sabirabad rayon Mədəniyyət Mərkəzində 27 Sentyabr – Anım Gününə həsr olunmuş “Ana vətən” adlı tədbir keçirilib.

Sabirabad Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Mil-Muğan Regional Mədəniyyət İdarəsi və Füzuli Dövlət Dram Teatrının birgə təçkilatçılığı ilə keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin məsul şəxslərii, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların rəhbərliyi və əməkdaşları, şəhid ailələri, müharibə əlilləri və iştirakçıları, ictimaiyyətin və gənclərin nümayəndələri iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Rəsmi hissədə çıxış edən Sabirabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov 27 Sentyabr – Anım Gününün Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin ehtiramla yad edildiyi müqəddəs gün olduğunu bildirib. O qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan Zəfər xalqımızın birliyinin və dövlətimizin gücünün təntənəsidir. H.Həsənov şəhidlərimizin xatirəsinin daim uca tutulduğunu, onların ailələrinə dövlət qayğısının davam etdiyini və qazilərin sosial rifahının yaxşılaşdırılmasının prioritet olduğunu vurğulayıb.

Bədii hissəsi ilə davam edən tədbirdə Füzuli Dövlət Dram Teatrının təqdimatında “Ana vətən” adlı kompozisiya nümayiş olunub. Kompozisiyada Vətənə məhəbbət, torpaq uğrunda mübarizə, şəhidlik zirvəsinin ucalığı və ana torpağın müqəddəsliyi bədii-obrazlı səhnələrlə tamaşaçılara çatdırılıb. Aktyorların təsirli ifası, səhnə quruluşu və musiqi tərtibatı tamaşaçılar tərəfindən maraq və duyğusallıqla qarşılanıb.

Keçidlər