Sabirabad rayonunda 26 iyun Birləşmiş Millətlət Təşkilatının “Narkotiklərlə mübarizə günü“ ilə bağlı maarifləndirici tədbir keçirilmişdir
YAP Sabirabad rayon təşkilatının konfrans zalında 26 iyun Birləşmiş Millətlət Təşkilatının “Narkotiklərlə mübarizə günü“ ilə bağlı maarifləndirici tədbir keçirilmişdir.
Tədbirdə Sabirabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun rəhbərinin müavini Vasif Quliyev, YAP Sabirabad Rayon təşkilatının sədri Varis Rüstəmov, Sabirabad Rayon Polis İdarəsinin Narkomaniya ilə Mübarizə bölməsinin əməkdaşları, həkim-narkoloq, gənclər və ictimai birliklərin rəhbərləri iştirak etmişdir.
Sabirabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov tədbiri açaraq bildirdi ki, artıq uzun müddətdir narkomaniya müasir cəmiyyətin ən çox rastlaşdığı və müzakirə etdiyi problemlərdən biridir. Təəssüflə qeyd etməliyik ki, ağ ölüm adlandırılan bu bəlanın qurbanları bütün dünyada durmadan artır. Natiq narkotikin insan orqanizminə, sağlamlığa, mənəviyyata vurduğu zərərlərdən danışmış, narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin umumdövlət işi olmaqla yanaşı umumxalq işi də olduğunu vurğulamışdır. Qeyd olunmuşdur ki, yerlərdə “Narkomaniya cəmiyyətin düşmənidir”, “Narkomaniyaya yox deyək” devizi altında əhali arasında təbliğat-təşviqat işləri aparılmış, bu tədbirlərdə əyani vasitələrdən geniş istifadə olunmuşdur.
Sonra Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun rəhbərinin müavini Vasif Quliyev bildirmişdir ki, BMT-nin 1987-ci il Konvensiyasına daxil olan ölkələrin “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Bəyannaməsinə əsasən 26 iyun “Narkomaniya və narkotiklərin qeyri-qanuni dövriyyəsinə qarşı ümumdünya mübarizə günü” kimi qeyd olunur. Ayrı-ayrı dövlətlər ildən-ilə narkotiklərin qanunsuz dövriyyəsi ilə səmərəli mübarizə üsullarını və narkomanlığın müalicə metodlarını təkmilləşdirmək və bu sahədə yeni mübarizə üsullarını kəşf etmək istiqamətində səylərini artırırlar. Fərdi şəkildə və ya beynəlxalq əməkdaşlıq çərçivəsində bu problemə qarşı birgə mübarizə aparılmasına baxmayaraq, dünya üzrə narkomaniyaya düçar olanların sayı ildən-ilə artmaqdadır. Son illər Respublikamızda narkotik vasitələrə və bihuşedici maddələrə qarşı mübarizə xeyli güclənmiş, bu sahəyə cavabdeh olan dövlət orqanları ilə yanaşı, QHT-lərin, ictimai təşkilatların da fəallığı xeyli artırmışdılar.
Daha sonra çıxış edənlər Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra bir sıra problemlər kimi narkotizm probleminə qarşı mübarizə tədbirləri görülməsinin vacibliyinin ön plana çəkildiyini, narkomaniyaya qarşı mübarizədə dövlət orqanları ilə yanaşı ictimai təşkilatların fəaliyyəti üçün də lazımi şərait yaradıldığını, dövrümüzün aktual, ağrılı problemi olan narkomaniya və onun fəsadları, ona qarşı mübarizə yolları ilə bağlı əhali, xüsusən də gənc nəsil arasında maarifləndirmə və təbliğat işlərinin mütəmadi olaraq aparılmasının vacibliyini qeyd etmişdirlər. Sonra tədbir diskussiya şəkilində davam etdirildi.
Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotroplar maddələr haqqında həqiqət” adlı bukletlər iştirakçılara təqdim edilmişdir.