Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabad rayonunda 2026-cı ilin yaz əkinlərinə hazırlıq vəziyyəti, pambıqçılıq sahəsində görülmüş işlərə həsr olunmuş müşavirə keçirilib

23 fevral 2026 | 14:13

23 fevral 2026-cı il tarixdə Sabirabad RİH-nin inzibati binasında Sabirabad Rayon İcra Hakimiyyəti və Sabirabad Dövlət Aqrar İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə 2026-cı ilin yaz əkinlərinə hazırlıq vəziyyəti, pambıqçılıq sahəsində görülmüş işlərə həsr olunmuş müşavirə keçirilmişdir.

Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarovun sədirliyi ilə keçirilən müşavirədə RİHB aparatının rəhbər şəxsləri, Sabirabad Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Heydar Yaqubov, pambıq emalı zavodlarının rəhbərləri, RİH başçısının inzibati ərazi dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri və digər aidiyyatı təşkilatların məsul işçiləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov çıxışında rayonda kənd təsərrüfatı sahələrinin daha da inkişaf etdirilməsi, pambıqçılıqla yanaşı, aqrar sektorun digər sahələrinin inkişafı istiqamətində görülən işlərdən və qarşıda duran təxirə salınmaz vəzifələrdən danışıb.

Tədbirdə çıxış edən digər natiqlər rayonda pambıqçılığın inkişafı ilə bağlı görülən işlərdən danışıb, əkin zamanı qarşıya çıxa biləcək problemlərin həlli yollarını müzakirə ediblər.

Keçidlər