Sabirabad rayonunda 2025-ci il “Konstitusiya və Suverinlik İli” çərçivəsində “İnsanların hüquq və azadlıqlarının qorunması” mövzusunda maarifləndirici tədbir keçirilib
14 fevral 2025-ci il tarixdə Sabirabad rayon Gənclər Evində Sabirabad Rayon İcra Hakimiyyəti, Mil-Muğan Regional Gənclər və İdman İdarəsi və Gənclər Evinin birgə təşkilatçılığı ilə 2025-ci il “Konstitusiya və Suverinlik İli” çərçivəsində “İnsanların hüquq və azadlıqlarının qorunması” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və müstəqilliyimiz, ərazi bütövlüyümüz uğrunda canlarını fəda edən qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Tədbiri giriş sözü ilə açan Sabirabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov qonaqları salamlamış və Prezident İlham Əliyevin 28 dekabr 2024-cü il tarixli Sərəncamı ilə 2025-ci il Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan edildiyini diqqətə çatdırıb. Bu Sərəncam Azərbaycan Konstitusiyasının bəyan etdiyi niyyətlərdən biri kimi ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunduğunu, 2025-ci ildə Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində Qələbəmizin 5-ci ildönümü nəzərə alınaraq imzalandığını qeyd etmişdir.
Daha sonra tədbirdə konstitusiya və suverenlik anlayışı və onun sosial-hüquqi mahiyyəti, konstitusiyanın funksiyaları, konstitusiyanın hüquqi qüvvəsi, Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə Konstitusiya komissiyasının yaradılması, referendum yolu ilə Konstitusiyamızın qəbul olunması, qüvvəyə minməsi, konstitusiyanın preambulasının izahı, maddələri, keçid müddəalar, Konstitusiyaya əlavə və dəyişikliklərin edilməsi, insan və vətəndaş hüquqları və azadlıqlarının əsas prinsipləri və digər mühüm müddəalar barədə məlumat verilib.