Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabad rayonunda “20 yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda tədbir keçirilmişdir

20 yanvar 2023 | 16:09

Sabirabad Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə MKS-nin M.Ə.Sabir adına Mərkəzi kitabxanasında “20 yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda rayon gənclərin iştirakı ilə dəyirmi masa təşkil olundu.

Tədbir müstəqilliyimiz, ərazi bütövlüyümüz uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra açıq elan olundu.

Tədbiri MKS-nin direktor müavini Nəzakət Salmanova açaraq bu faciənin xalqımızın azadlıq ideyalarını boğmaq, müstəqillik meyillərini qırmaq məqsədi daşıdığını, 20 Yanvar Faciəsinin xalqımızın müstəqillik uğrunda mübarizə əzmini qıra bilmədiyini hətta bundan sonra xalqımızın mübarizə əzmini daha da alovlandığını qeyd etdi. Həmçinin xalqla yanaşı, Ulu Öndər Heydər Əliyevin mərdliyi və siyasi iradəsindən danışan Əfsanə Quliyeva Azərbaycan xalqının başına gətirilən qanlı faciəyə məhz Ulu Öndər sayəsində ilk siyasi-hüquqi qiyməti verildiyini, 1990-cı il yanvarın 21-də Sovet rejiminin qadağalarına rəğmən, həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəldiyini, qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etdiyini, ifşaedici və cəsarətli bir bəyanat verdiyindi də öz çıxışında bildirdi.

Tədbirdə Sabirabad Regional Mədəniyyət İdarəsinin rəis müavini Telman Əzimov, Sabirabad MKS-nin direktoru Eldar Urufov öz çıxışlarında Azərbaycanın müstəqilliyi, suverenliyi uğrunda aparılan mübarizədə, vətənin şərəfi naminə canından keçən hər bir vətəndaşın keçdiyi bu çətin və müqəddəs yolun gənc nəslə çtdırılmasının əhəmiyyətindən geniş danışıblar.

Həmçinin tədbirdə orta məktəb şagirdləri 20 yanvar şəhidlərinə həsr olunmuş şeirlər söyləyib.

Sonda “20 yanvar-33” başlıqlı kitab sərgisinə baxış keçirilib

Keçidlər