Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabad rayonunda 20 Yanvar faciəsinin 34-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilmişdir

20 yanvar 2024 | 13:00

20 Yanvar faciəsinin 34-cü ildönümü münasibətilə Sabirabad rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə “Şəhidlər xiyabanı”nın qarşısında anım tədbiri keçirilmişdir.

Tədbirdə Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov, RİHB aparatının məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ağsaqqallar, ziyalılar, din xadimləri, şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və veteranları, ictimaiyyətin və gənclərin nümayəndələri, təhsil və mədəniyyət müəssisələrinin əmək kollektivləri xiyabanı ziyarət etmiş və şəhidlərə öz ehtiramlarını bildirmişlər.

Bakı vaxtı ilə saat 12:00-da şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunmuş və avtomobillərdən səs siqnalları verilmişdir.

Keçidlər