Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabad rayonunda 20 oktyabr – Energetiklər Günü qeyd olunub

20 oktyabr 2025 | 12:05

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə 2004-cü ildən etibarən hər il oktyabr ayının 20-si "Energetiklər Günü" peşə bayramı kimi qeyd olunur.

Peşə bayramı günü münasibətilə Sabirabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov, Sabirabad Elektrik Şəbəkəsinin rəisi Müşfiq Qəhrəmanov,  Kürqırağı Şəbəkə sahəsinin rəisi Mahir Məmmədov, Sabirabad Elektrik Şəbəkəsinin baş mühəndisi Qafur Nəsirov, rayonda energetika sahəsində fəaliyyət göstərən idarələrin kollektivləri ilə birlikdə şəhərin mərkəzi meydanında ucalan Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzərək, əziz xatirəsini ehtiramla yad ediblər.

Daha sonra Sabirabad Rayon İcra Hakimiyyətinin inzibati binasında keçirilən tədbirdə rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov energetika sahəsində çalışan işçiləri peşə bayramları münasibəti ilə təbrik edərək bildirib ki, ölkəmizdə bütün sahələrdə olduğu kimi, energetika sahəsində də Ümummilli Liderin müəyyən etdiyi siyasət Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Dövlət başçısının rəhbərliyi ilə iqtisadiyyatın bütün sahələri, o cümlədən elektrik energetikası inkişaf tempinə görə dünyada ön sıralardadır. Bu gün işğaldan azad olunan ərazilərimizin yüksək səviyyədə elektrik enerjisi ilə təchiz olunması məqsədi ilə qısa zaman kəsiyində energetiklərimizin gördükləri nəhəng işlər bunun parlaq nümunəsidir.

Sonda Sabirabad Elektrik şəbəkəsinin kollektivi çalışdıqları sahəyə göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər