Sabirabad rayonunda 2 iyul – Azərbaycan Polisi Günü münasibəti ilə tədbir keçirilib
Azərbaycan polisinin yaranmasının 106 illiyi - 2 iyul Azərbaycan Polisi Günü münasibəti ilə Sabirabad rayon Polis şöbəsində tədbir keçirilib.
Əvvəlcə Sabirabad şəhərinin mərkəzində ucaldılan Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət edilərək, əziz xatirəsi ehtiramla anılıb.
Tədbirdə Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon Polis şöbəsinin şəxsi heyəti və veteranları, şəhid ailələrinin üzvləri və müharibə veteranları iştirak ediblər.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov çıxış edərək polis əməkdaşlarını 2 iyul – Azərbaycan Polisi Günü münasibəti ilə təbrik edib, Azərbaycan polisinin keçdiyi şərəfli tarixi yola nəzər salıb, sabitliyin təmin olunmasında, cinayətkarlığa qarşı mübarizədə, ictimai asayişin və daxili sabitliyin yaradılmasında Azərbaycan polisinin müstəsna rolu olduğunu vurğulayaraq, onlara çətin və şərəfli işlərində uğurlar arzulayıb.
Sabirabad rayon Polis şöbəsinin rəisi polis-polkovniki Ramin Qədirov Azərbaycan Polisi Günü münasibəti ilə şəxsi heyəti təbrik edərək, səslənmiş bütün xoş söz və təbriklər üçün minnətdarlığını bildirib.
Tədbirdə çıxış edən rayon prokuroru Fəxrəddin Pənahov, DTX rayon şöbəsinin rəisi Vüsal Abdullayev, rayon Məhkəməsinin sədri Füzuli Pənahov, şəhid atası Etibar Muradov və digər natiqlər Daxili İşlər Nazirliyinin və onun ayrı-ayrı strukturlarının müstəsna xidmətlərindən danışaraq, polis əməkdaşlarına gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.
Tədbirdə Daxili İşlər Naziri general-polkovnik Vilayət Eyvazovun daxili işlər orqanlarının şəxsi heyətinə və veteranlarına təbriki oxunub.
Sonra rayonda ictimai asayişin qorunub saxlanılmasında və keçirilən tədbirlərin təhlükəsizliyinin təmin olunmasında fəal iştirak etdiyinə görə bir sıra polis əməkdaşı Sabirabad Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanı ilə təltif olunub, şəhid ailələrinin üzvləri və müharibə veteranlarına hədiyyələr təqdim edilib.
Tədbirdən sonra Sabirabad Şəhidlər Xiyabanı ziyarət edib, şəhidlərimizin əziz xatirəsi ehtiramla anılıb.