Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabad rayonunda “2 fevral Azərbaycan Gəcləri Günü” münasibəti ilə "Heydər Əliyev və Azərbaycan Gəncliyi" mövzusunda musiqili və əyləncəli bayram tədbiri keçirilmişdir

01 fevral 2023 | 15:00

Sabirabad Rayon İcra Hakimiyyətinin, Sabirabad rayon Gənclər və idman idarəsinin, YAP Sabirabad rayon təşkilatının, Sabirabad Regional Mədəniyyət İdarəsinin təşkilatı dəstəyi və “Əmin Bazar” şirkətinin maliyyə dəstəyi ilə “2 fevral Azərbaycan Gəcləri Günü” münasibəti ilə "Heydər Əliyev və Azərbaycan Gəncliyi" mövzusunda Sabirabad rayon Gənclər Mərkəzində musiqili və əyləncəli bayram tədbiri keçirilmişdir.

Tədbiri giriş sözü ilə Sabirabad rayon Gənclər və idman idarəsinin rəisi Nadir Quliyev acaraq, gəncləri təbrik etdi. Daha sonra Sabirabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov, YAP Sabirabad rayon təşkilatının sədri Varis Rüstəmov, Sabirabad Regional Mədəniyyət İdarəsinin rəisi Fərid Qurbanzadə, Mil-Muğan Regional Təhsil İdarəsinin rəis müavini Rabil Şahbazov, “Əmin Bazar” şirkətinin direktoru Məmməd Mənsimov, Sabirabad Vetranlar Şürasının sədri Faiq Hüseynov cıxış edərək gəncləri təbrik ediblər.

Tədbirin sonunda il ərzində rayonun ictimai-siyasi həyatında fəallıq göstərən bir qrup gənc Sabirabad rayon Gənclər və idman idarəsinin, YAP Sabirabad rayon təşkilatının diplomları ilə təltif olunub və onlara “Əmin Bazar” şirkətinin hədiyyələri təqdim edilib.

Tədbir musiqi proqramı ilə başa çatıb.

Keçidlər