Sabirabad rayonunda 18 sentyabr - Milli Musiqi Günü münasibətilə konsert proqramı təşkil edilmişdir
18 sentyabr 2023 | 13:52
Azərbaycan bəstəkarlıq məktəbinin banisi Üzeyir Hacıbəylinin doğum günü və 18 sentyabr - Milli Musiqi Günü münasibətilə Sabirabad rayon İcra Hakimiyyəti və Mil-Muğan Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə konsert proqramı təşkil edilmişdir.
Tədbirdə Sabirabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov mədəniyyət işçilərini Milli Musiqi Günü münasibətilə təbrik etmiş, Üzeyir Hacıbəylinin həyat və yaradıcılığından danışmış və onun əsərlərini Azərbaycan musiqisinin ən gözəl nümunələri kimi dəyərləndirmişdir.
Tədbir Sabirabad şəhər Ü.Hacıbəyli adına Uşaq Musiqi Məktəbinin müəllim və şagirdlərinin ifasında maraqlı konsert proqramı ilə davam etmişdir.