Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabad rayonunda 17 iyun-Tibb işçilərinin peşə bayramı qeyd olundu

17 iyun 2022 | 14:00

17 iyun-Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə Sabirabad rayon Mərkəzi Xəstəxanasında tədbir keçirilmişdir. Tədbirdə Sabirabad rayonu ərazisində fəaliyyət göstərən səhiyyə müəssisələrinin rəhbərləri və səhiyyə işçiləri iştirak ediblər.

Əvvəlcə rayonun səhiyyə işçiləri Ulu Öndərin abidəsi önünə gül-çiçək dəstələri qoyaraq, xatirəsini ehtiramla yad etmişlər. Sonra tədbir Mərkəzi Rayon Xəstəxanasında davam etdirilmişdir.

Tədbiri giriş sözü ilə açan rayon icra hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov səhiyyə işçilərini peşə bayramı münasibətilə təbrik edib, onlara ən xoş arzularını bildirərək şərəfli işlərində uğurlar arzulayıb. Bildirib ki, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 2001-ci ildə imzaladığı Sərəncamla Tibb İşçilərinin Peşə Bayramı Gününün təsis edilməsi onun həkimlik sənətinə münasibətini, tibb işçilərinin zəhmətinə yüksək dəyər verdiyini göstərir. İndi səhiyyəmizin hər ili, hər ayı irəliləyişlə, yeni-yeni uğurlarla yadda qalır. Həsən Həsənov vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı ilə müasir tibb ocaqları tikilir, ehtiyacı olan səhiyyə müəssisələri bərpa edilərək müasir avadanlıqlarla təmin edilir. Səhiyyə sisteminin inkişafı, bu sahənin maddi-texniki bazasının, kadr potensialının gücləndirilməsi və infrastrukturun yeniləşdirilməsi daim diqqət mərkəzindədir.

Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi strateji siyasət kursunu layiqincə davam etdirən Prezident İlham Əliyevin həyata keçirdiyi sosial siyasət nəticəsində dövlət büdcəsindən səhiyyəyə ayrılan vəsait ildən-ilə artırılır. Bu da tibb müəssisələrinin fəaliyyətinin yaxşılaşdırılmasına, ümumilikdə tibbi xidmətin müasir tələblər səviyyəsinə qaldırılmasına yeni imkanlar açır. Dövlətimizin başçısının səhiyyəmizə diqqət və qayğısı, Azərbaycan xalqının sağlamlığının qorunması yolunda atdığı mühüm addımlar, ümumiyyətlə, ölkədə həyata keçirilən sosialyönümlü siyasət Ulu Öndərin bu istiqamətdə müəyyən etdiyi strategiyanın uğurla davam etdirilməsinin parlıq təzahürüdür.

Daha sonra çıxış edən rayon icra hakimiyyəti başçısının müavini - ictimai-siyasi və humanitar məsələlər üzrə şöbəsinin müdiri Ceyran Xəlilova  tibb işçilərini peşə bayramları münasibətilə təbrik etmiş, onlara ən xoş arzularını bildirərək şərəfli işlərində uğurlar arzulayıb. Bildirib ki, dünyanı bürümüş koronavirus COVID-19 pandemiyası ilə mübarizədə Azərbaycan həkimlərinin, o cümlədən rayon ərazisində fəaliyyət göstərən səhiyyə müəssisələrində çalışan tibb işçilərinin fədakarlıqlarını xüsusi vurğulayıb.

Tədbirdə çıxış edən “Sabirabad Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin direktoru Ənvər Lümanov və digərləri səhiyyə işçilərinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.

Tədbirin sonunda bir qrup səhiyyə işçisi rayon İcra Hakimiyyətinin Fəxri Fərmanları ilə təltif olunub.

Keçidlər