Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabad rayonunda 15-iyun Milli Qurtuluş Günü münasibətilə “Milli dövlətçiliyimizin xilaskarı“ mövzusunda tədbir keçirilmişdir

13 iyun 2023 | 14:00

Azərbaycan Respublikasında 2023-cü il “Heydər Əliyev İli” çərçivəsində Sabirabad Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatının birgə təşkilatçılığı ilə 15 iyun – Milli Qurtuluş Günü münasibətilə “Milli Dövlətçiliyimizin xilaskarı” mövzusunda tədbir keçirildi.

Əvvəlcə Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatının inzibati binasında keçirilən tədbirdə Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi uğrunda şəhid olmuş qəhrəman övladlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Sabirabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov çıxış edərək 15 İyun – Milli Qurtuluş Günü münasibətilə tədbir iştirakçılarını salamladı və əlamətdar bayram münasibətilə onları təbrik etdi. “Milli dövlətçiliyimizin xilaskarı” mövzusunda keçirilən tədbirin rayonda “Heydər Əliyev İli” çərçivəsində keçirilən silsilə tədbirlərin davamı olduğunu qeyd edərək, bildirdi ki, 90-cı illərin əvvəllərində dövlət müstəqilliyimizin qorunub saxlanmasında Heydər Əliyevin misilsiz xidmətləri olub. Onun hakimiyyətə qayıdışından sonra Azərbaycanda bütün təsisatlar bərpa olunub və inkişaf etdirilib. Ümummili Lider Heydər Əliyevin hakimiyyətə gəlişi ilə ölkədə ictimai-siyasi sabitliyin təmin edilməsi istiqamətində əhəmiyyətli addımlar atılıb, iqtisadi tənəzzülə son qoyulub, hüququn aliliyinə əsaslanan idarəetmə sistemi yaradılıb.

Tədbirdə çıxış edən YAP Sabirabad rayon təşkilatının sədri Varis Rüstəmov tədbirin mahiyyətindən, əhəmiyyətindən geniş söz açdı. Rayon təşkilatının sədri Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətlərindən, Möhtərəm Prezidentimiz cənabİlham Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycanımızın qazandığı uğurlardan, qələbələrdən ətraflı bəhs etdi.

Tədbirdə çıxış edən digər natiqlər Ümummilli Lider Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb, Ulu Öndərin keçdiyi şərəfli və mənalı ömür yolundan, xalqımız qarşısındakı müstəsna xidmətlərindən, Heydər Əliyev siyasi kursunun bu gün Möhtərəm Prezidentimiz İlham Əliyev cənabları tərəfindən uğurla, qətiyyətlə davam etdirilməsindən ətraflı danışdılar. 

Keçidlər