Sabirabad rayonunda Vətən Müharibəsi şəhidlərinin ailə üzvləri ilə növbəti görüş keçirilib
Sabirabad Rayon İcra Hakimiyyətinin inzibati binasında Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2026-cı il tarixli Sərəncamına əsasən torpaqlarımızın işğaldan azad olunması uğrunda aparılan hərbi əməliyyatlarda iştirak edərək şəhidlik zirvəsinə yüksəlmiş Sabirabad rayon igidlərin ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunması ilə bağlı şəhid ailələrinin üzvlərilə görüş keçirilib.
Tədbirdə Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov, RİH-nin məsul işçiləri və şəhid ailələrinin üzvləri iştirak edib.
Əvvəlcə Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov çıxış edərək Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən Müharibəsində qazanılan Şanlı Qələbədən danışmış, 44 günlük savaşda qazandığımız tarixi nailiyyətlərə görə Ali Baş Komandana, onun rəhbərliyi altında bizlərə Qələbə sevinci yaşadan Azərbaycan Ordusunun əsgər və zabitlərinə, hərbçilərimizə, Vətən uğrunda sağlamlığını itirən müharibə əlillərinə, canından keçən şəhidlərimizə bir ömür boyu borclu olduğumuzu qeyd etmiş, şəhidlərə Allahdan rəhmət, onların valideyinlərinə səbr, qazilərə can sağlığı arzulamışdır.
Sonra Vətən Müharibəsi zamanı hərbi əməliyyatlarda iştirak edərək igidlik və şücaət göstərmiş, vəzifə borcunu, döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş rayonumuzdan olan şəhidlərin ailə üzvləri övladlarının ordenlə təltif olunmasına, eləcə də onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə öz dərin minnətdarlığını bildirmişlər.
Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2026-cı il tarixli Sərəncamı ilə ölümündən sonra təltif olunmuş Sabirabad rayon şəhidlərinin siyahısı:
Şəhid Abbasov Elgiz Fuad oğlu - 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni,
Şəhid Ağayev Ramil Ağarəhim oğlu - 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni,
Şəhid Bahadurov Anar Süleyman oğlu - 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni,
Şəhid Balakişiyev Zamin Dadaş oğlu - 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni,
Şəhid Cəfərov Mətləb Məhəmməd oğlu - 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni,
Şəhid Əhədzadə Elsevər Ağacan oğlu - 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni,
Şəhid Əhmədli Əhməd Anar oğlu - 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni,
Şəhid Əhmədov Bəhruz Səttar oğlu - 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni,
Şəhid Əkbərov Rahil Canahməd oğlu - 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni,
Şəhid Əliyev Asim Asəf oğlu - 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni,
Şəhid Əliyev Vahıb Ramiz oğlu - 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni,
Şəhid Ənnağıyev Babək Oktay oğlu - 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni,
Şəhid Həsənov Həsən Səfər oğlu - 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni,
Şəhid Həsənov Qüdrət Səfər oğlu - 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni,
Şəhid Hüseynli Ağa Aydın oğlu - 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni,
Şəhid Hüseynov Əfsun Mətləb oğlu - 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni,
Şəhid Hüseynov Fərid Yaşar oğlu - 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni,
Şəhid İslamov Daşqın Alik oğlu - 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni,
Şəhid Mayılov Bəxtiyar İxtiyar oğlu - 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni,
Şəhid Mehdiyev Nüsrət Telman oğlu - 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni,
Şəhid Məmmədzadə Toğrul Pərviz oğlu - 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni,
Şəhid Mirzəyev Eltun Vüqar oğlu - 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni,
Şəhid Muradov Elxan Murad oğlu - 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni,
Şəhid Musayev Bayram Mehman oğlu - 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni,
Şəhid Nadirov Siyasət Kamil oğlu - 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni,
Şəhid Nağıyev Fərid Poladxan oğlu - 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni,
Şəhid Pənahov Bəhram Xıdır oğlu - 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni,
Şəhid Rəsulov Ağacan Əfsər oğlu - 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni,
Şəhid Rzayev Elxan Aris oğlu - 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni,
Şəhid Tağıyev Elnur Aydın oğlu - 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni.







