Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabad rayonunda Dövlət Qulluqçularının Peşə Bayramı qeyd edilmişdir

23 iyun 2026 | 10:25

Sabirabad rayonunda Dövlət Qulluqçularının Peşə Bayramı qeyd edilmşdir. Əvvəlcə dövlət qulluqçuları Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gələrək onun xatirəsini ehtiramla yad etmiş, önünə gül-çiçək dəstələri qoymuşlar.

Daha sonra Sabirabad Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Həsən Həsənov Dövlət Qulluqçularının Peşə Bayramı münasibətilə iştirakçıları təbrik etmiş, onlara işlərində uğurlar, şəxsi həyatlarında xoşbəxtlik, səadət, cansağlığı arzulamışdır.

H.Həsənov çıxışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2006-cı il 25 may tarixli sərəncamı ilə hər il iyunun 23-ü Dövlət Qulluqçularının Peşə Bayramı günü kimi qeyd olunur. Rayonda çalışan dövlət qulluqçuları dövlətçiliyin daha da möhkəmləndirilməsi, rayonun sosial-iqtisadi inkişafı sahəsində üzərlərinə düşən vəzifələrin layiqincə yerinə yetirilməsi üçün bundan sonra da öz bilik və bacarıqlarını sərf edəcəklərini qeyd etmişdir.

Sonda xatirə şəkili çəkilmişdir.

Keçidlər