Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabad rayonunda 2 iyul – Azərbaycan Polisi Günü münasibəti ilə tədbir keçirilib

02 iyul 2026 | 12:25

Azərbaycan polisinin yaranmasının 108 illiyi - 2 iyul Azərbaycan Polisi Günü münasibəti ilə Sabirabad rayon Polis şöbəsində tədbir keçirilib.

Tədbirdən öncə Ümummilli Lider Heydər Əliyevin Sabirabad şəhərində ucaldılmış abidəsi ziyarət olunub, dahi şəxsiyyətin əziz xatirəsinə dərin ehtiram ifadə edilib. Daha sonra Sabirabad Şəhidlər Xiyabanı ziyarət edib, şəhidlərimizin əziz xatirəsi ehtiramla anılıb.

Tədbirdə Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon Polis şöbəsinin şəxsi heyəti və veteranları, şəhid ailələrinin üzvləri və müharibə veteranları iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Sabirabad rayon Polis şöbəsinin rəisi, polis polkovniki Ramin Qədirov Azərbaycan Polisi Günü münasibəti ilə şəxsi heyəti təbrik edərək, səslənmiş bütün xoş söz və təbriklər üçün minnətdarlığını bildirib.

Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov çıxış edərək polis əməkdaşlarını 2 iyul – Azərbaycan Polisi Günü münasibəti ilə təbrik edib. Rayon rəhbəri qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev polis strukturuna daim diqqət və qayğı göstərib. Azərbaycan polisi hazırda güclü maddi-texniki bazaya malik olmaqla yanaşı ölkəmizdə ictimai asayişin qorunmasında xüsusi rol oynayan hüquq-mühafizə strukturlarından birinə çevrilib. Həmçinin Siraqəddin Cabbarov Azərbaycan polisinin keçdiyi şərəfli tarixi yola nəzər salıb, sabitliyin təmin olunmasında, cinayətkarlığa qarşı mübarizədə, ictimai asayişin və daxili sabitliyin yaradılmasında Azərbaycan polisinin müstəsna rolu olduğunu vurğulayaraq, onlara çətin və şərəfli işlərində uğurlar arzulayıb.

Tədbirdə çıxış edən rayon Prokuroru Mehman Xankişiyev, DTX rayon şöbəsinin rəisi Vüsal Abdullayev, SHXÇDX-nin Sabirabad rayonu şöbəsinin rəisi polkovnik Həbib Əliyev və digər natiqlər Daxili İşlər Nazirliyinin və onun ayrı-ayrı strukturlarının müstəsna xidmətlərindən danışaraq, polis əməkdaşlarına gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.

Tədbirdə Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun daxili işlər orqanlarının şəxsi heyətinə və veteranlarına təbriki oxunub.

Sonra rayonda ictimai asayişin qorunub saxlanılmasında və keçirilən tədbirlərin təhlükəsizliyinin təmin olunmasında fəal iştirak etdiyinə görə bir sıra polis əməkdaşı Sabirabad Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanı ilə təltif olunub, şəhid ailələrinin üzvləri və müharibə veteranlarına hədiyyələr təqdim edilib.

Keçidlər