Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabad rayonu Qaraağac kənd tam orta məktəbində "Erkən nikaha yox deyək" mövzusunda tədbir keçirilib

03 mart 2023 | 15:06

Tədbirdə Sabirabad Rayonu İcra Hakimiyyətinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin İmişli bölgəsi şöbəsinin, Uşaq və Ailələrə Dəstək Mərkəzinin, Sabirabad rayon Təhsil sektorunun məsul işçiləri, RİH yanında İctimai Şuranın nümayəndələri, ümumtəhsil məktəblərinin şagirdləri və valideynlər iştitak ediblər.

Tədbirdə çıxış edənlər erkən yaşda qurulan nikahların yeniyetmələrin sağlamlığına, gələcək həyatlarına olduqca mənfi təsir göstərdiyini vurğulayıblar. Erkən nikahın gələcəkdə ailədaxili, həmçinin psixoloji problemlərin yaranmasına səbəb olduğun bildiriblər. Bu problemlərin baş verməməsi üçün gənclərin mütləq şəkildə təhsilə yönəlməsinin və mükəmməl savada yiyələnməsinin zəruriliyini diqqətə çatdırıblar.

Tədbirin bədii hissəsində məlumatlandırıcı video-çarx nümayiş olunub, məktəbin şagirdləri tərəfindən şeirlər səsləndirilmiş, ədəbi-bədii kompazisiyalar təqdim olunub.

Keçidlər