Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabad rayonu üzrə kənd təsərrüfatı sahəsində görülmüş işlər və qarşıda duran vəzifələrə dair müşavirə keçirilmişdir

05 iyul 2024 | 12:27

Sabirabad Rayon İcra Hakimiyyətinin iclas zalında rayonda kənd təsərrüfatı sahəsində görülmüş işlər və qarşıda duran vəzifələrə dair müşavirə keçirilmişdir. Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarovun sədrliyi ilə keçirilən müşavirədə RİH başçının müavinləri, rayonun aidiyyatı idarə-müəssisə, təşkilat rəhbərləri, inzibati ərazi dairələri üzrə nümayəndələr və bələdiyyə sədrləri iştirak etmişdir.

Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov yığıncağı açıq elan edərək bildirdi ki, respublikada sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi, torpaqlardan səmərəli istifadə olunmaqla ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsi, insanların həyat şəraitinin yaxşılaşdırılması sahəsində görülən işlər öz səmərəsini göstərir. Dövlət başçısının qeyri-neft sektorunun davamlı inkişafı ilə bağlı qəbul etdiyi qərarlar və verdiyi tapşırıqlar ölkə iqtisadiyyatının mühüm sahəsi olan aqrar sektorun inkişafına təkan verib. Xüsusilə ölkədə pambıqçılığın, baramaçılığın eləcə də, kənd təsərrüfatının digər sahələrinin inkişafı üçün son illər ərzində Dövlət Proqramları çərçivəsində çox böyük işlər görülür.

Daha sonra Sabirabad Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Heydər Yaqubovun, ərazi nümayəndələrinin və bələdiyyə sədrlərinin rayon ərazisində kənd təsərrüfatı sahəsində görülmüş işlər barədə məlumatları dinlənilmişdir.

İclasın sonunda Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov bildirdi ki, həm dövlət dəstəyinin, həm də aidiyyatı qurumların birgə fəaliyyəti və ictimaiyyət tərəfindən göstərilən dəstək nəticəsində rayon üzrə göstəricilər daha yaxşı olacaqdır. Bu sahə ilə bağlı mühüm məsələləri diqqətə çatdıran rayon rəhbəri aidiyyatı qurumlara tapşırıqlar vermişdir.

Keçidlər