Sabirabad rayonunda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağac-kol tinginin əkilməsi və qiymətli meşə cinslərinə aid toxumların səpilməsi həyata keçirilmişdir
Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin 20.02.2024-cü il tarixli 24 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi ilə bağlı Tədbirlər Planı"nın 3.1-ci “Ölkə ərazisində 5 milyon ədəd ağac-kol tinginin əkilməsi və qiymətli meşə cinslərinə aid toxumların səpilməsi” bəndinin icrası ilə bağlı Sabirabad rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə müvafiq işlər görülüb.
Belə ki, Sabirabad rayonunda yaşıllaşdırma işlərinin aparılması məqsədilə 24 noyabr 2024-cü il tarixində Sabirabad Rayon İcra Hakimiyyətinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və 3 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin birgə təşkilatçılığı ilə rayonun Mürsəlli kəndində 1250 ədəd ağac-kol tinginin əkilmiş və qiymətli meşə cinslərinə aid toxumların səpilməsi həyata keçirilmişdir
Yeni əkilən ağaclara aqrotexniki qulluq göstərilməsi, onların qorunması və suvarılması ilə bağlı vacib təşkilati və texniki tədbirlər görülmüşdür.