Sabirabad rayonunda Ulu Öndər Heydər Əliyevin xatirəsi böyük ehtiramla anılmışdır
Dekabr ayının 12-də respublikanın hər yerində olduğu kimi Sabirabad rayonunda da Ulu Öndər Heydər Əliyevin anım gününün 21-ci ildönümü ilə əlaqədar ümumrayon tədbiri keçirilib.
Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov, hüquq-mühafizə orqanlarının rəhbərləri Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin şəhərin mərkəzi meydanında ucalan abidəsini ziyarət edib, abidə önünə gül-çiçək dəstələri qoyaraq Ulu Öndərin əziz xatirəsini dərin hörmət və ehtiramla yad ediblər.
Daha sonra idarə, müəssisə və təşkilatların rəhbərləri, əmək kollektivləri, ağsaqqallar, şəhid ailələri, müharibə əlilləri və iştirakçıları, əmək veteranları, tələbələr, məktəblilər, ictimaiyyətin müxtəlif təbəqələrinin nümayəndələri, minlərlə rayon sakini Ulu Öndərin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyub, öz sevgi və ehtiramlarını ifadə ediblər.
Sonra Sabirabad Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon ərazisində yerləşən “Şam Palace” restoranında Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar ehsan süfrəsi təşkil edilmişdir. Ehsan süfrəsinə şəhid ailələri, müharibə əlilləri və iştirakçıları, ağsaqqallar, ziyalılar, dindarlar, ictimaiyyətin və gənclərin nümayəndələri dəvət olunmuşdur. Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, suverenliyi uğrunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş və ruhuna dualar oxunub.
Məraisimin sonunda Ümummilli Lider Heydər Əliyevin işıqlı xatirəsi bir daha ehtiramla anılmışdır.