Sabirabad rayonunun ümumtəhsil məktəblərində "Son zəng" qeyd olundu
Respublikamızın bütün güşələrində olduğu kimi Sabirabad rayonunda da tam orta məktəblərdə “Son zəng” tədbirləri keçirildi.
Sabirabad Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, Mil-Muğan Regional Təhsil İdarəsinin işçiləri, şəhid ailələri, qazilər, müəllim və şagird kolektivi, idarə, müəssisə rəhbərləri “Son zəng” tədbirində iştirak etdilər.
Tədbirdə çıxış edənlər qeyd etmişlər ki, ölkəmizin hərtərəfli inkişafı təhsil sahəsinin də maddi-texniki bazasının gücləndirilməsinə səbəb olmuşdur. Hər bir sahələrdə olduğu kimi təhsil sferasında da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı daim hiss olunur. Natiqlər Sabirabad rayonunda da bu sahəyə xüsusi önəm verildiyini, nəticədə şagirdlərin hər il yeni-yeni müvəffəqiyyətlərə imza atdığını dinləyicilərə çatdırmış, bir daha məzunlarımıza çətin sınaq yolunda uğurlar arzulamışdırlar.
Sonda meydan al-əlvan geyinmiş məzunların ixtiyarına verildi. Birincilər məzunları təbrik etdi. "Son zəng" səsləndi. Sehirli "Bilik açarı"nı şagirdlərə verən məzunlar məktəbə əlvida dedilər.
Sabirabad rayonunun bütün məktəblərində keçirilən “Son zəng” tədbirləri məzunların hazırladıqları musiqi parçaları, rəqs nömrələri və mədəniyyət işçilərinin gənclərə hədiyyə etdikləri yeni musiqi nümunələrinin nümayişi ilə keçirilib.