Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabad rayonunda Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə ilk dəfə gəlişinin ildönümünə həsr olunmuş tədbir keçirilib

14 iyul 2026 | 16:55

Sabirabad Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatı və Mil-Muğan Regional Mədəniyyət idarəsinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə ilk dəfə gəlişinin ildönümünə həsr olunmuş tədbir keçirilib.

YAP Sabirabad rayon təşkilatının inzibati binasında keçirilən tədbirdə Sabirabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov, Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatının sədri Varis Rüstəmov, Mil-Muğan Regional Mədəniyyət idarəsinin rəisi Nadir Quliyev, Sabirabad RİHB-nin şəhər inzibati ərazi dairəsi üzrə nümayəndə Sübhan Xəlilov, idarə, müəssisə, təşkilatların rəhbərləri və kollektivi, ziyalılar, gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş nitqi ilə açan Sabirabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov 1969-cu il iyulun 14-nün Azərbaycanın müasir tarixində mühüm dönüş nöqtəsi olduğunu bildirib. Qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyevin respublika rəhbərliyinə gəlməsi ilə ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında əsaslı inkişaf mərhələsinin əsası qoyulub, milli dövlətçilik ənənələri möhkəmləndirilib, xalqın milli özünüdərki və gələcək müstəqilliyi üçün möhkəm təməl formalaşdırılıb. Ulu Öndərin müəyyən etdiyi dövlətçilik kursu bu gün Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın beynəlxalq nüfuzu daha da möhkəmlənib, ölkəmiz regionun aparıcı dövləti kimi öz mövqeyini daha da gücləndirib. Ölkə başçısının da iştirakı ilə Şuşa şəhərində keçirilən IV Qlobal Media Forumu Azərbaycanın beynəlxalq informasiya məkanındakı artan rolunun, ölkəmizin açıq dialoq və əməkdaşlıq platformasına çevrildiyinin bariz göstəricisidir.

Tədbirdə həmçinin Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatının sədri Varis Rüstəmov, Mil-Muğan Regional Mədəniyyət idarəsinin rəisi Nadir Quliyev, Sabirabad Rayon Ağsaqqallar Şurasının üzvü Mirnizami Ağayev və digərləri Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini dərin ehtiramla yad edərək öz xatirələrini bölüşüb, Ulu Öndərin zəngin dövlətçilik irsinin və müəyyən etdiyi inkişaf strategiyasının Azərbaycan dövlətinin gələcək inkişafında da mühüm yol göstəricisi olduğunu vurğulayıblar.

Keçidlər