Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabad rayonunda Mil-Muğan Regional Təhsil İdarəsi üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib

09 sentyabr 2024 | 15:48

Tədbirdən əvvəl Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb.

Sonra şagirdlərin əl işlərindən ibarət sərgiyə, həmçinin onların idman nailiyyətlərinə baxış keçirilib.

Konfrans Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, şəhidlərimizin xatirəsi birdəqiqəlik sükutla yad edilib.

Mil-Muğan Regional Təhsil İdarəsi üzrə təhsil işçilərinin sentyabr konfransında Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov, Elm və Təhsil Nazirliyinin aparat rəhbərinin müavini Elvin Rüstəmov, Təhsil İnstitutunun Təhsilverənlərin Peşəkar İnkişafı Mərkəzinin direktoru Nəzakət Mehdiyeva, Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Rəşad Musayev, idarənin struktur bölmə rəhbərləri və əməkdaşları, regionun ümumi təhsil müəssisələrinin rəhbərləri və təhsil işçiləri iştirak ediblər.

Tədbirdə çıxış edən Elm və Təhsil Nazirliyinin aparat rəhbərinin müavini Elvin Rüstəmov ümumi və məktəbəqədər təhsil üzrə prioritet istiqamətlər haqqında məlumat verib, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində təşkil olunan tədbirlər, təhsil sahəsində aparılan islahatlar, ümumi təhsil müəssisələrində həyata keçirilən layihələrdən danışıb.

Daha sonra Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov çıxış edərək qeyd etmişdir ki, Azərbaycanda təhsil islahatları bilavasitə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə başlamışdır. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında təhsil sahəsində aparılan məqsədyönlü siyasət, həyata keçirilən genişmiqyaslı təhsil quruculuğu nəticəsində gələcək inkişafın güclü təməli yaranmışdır. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş siyasi və iqtisadi kurs Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilmiş, Azərbaycan iqtisadi inkişaf tempinə görə regionda lider ölkəyə çevrilmiş, siyasi sabitlik və iqtisadi inkişaf təhsil sisteminin təşəkkülünə və islahatların aparılmasına da zəmin yaratmış, bu sahədə əsaslı nailiyyətlərin əldə edilməsinə səbəb olmuşdur. Azərbaycanda təhsilin inkişaf tarixinin təhlili göstərir ki, Heydər Əliyevin bütün islahat təşəbbüsləri İlham Əliyev tərəfindən yeni müstəvidə və beynəlxalq təcrübə əsasında davam və inkişaf etdirilmiş, ölkəmizin tərəqqisinə böyük töhfə vermişdir. Azərbaycanda bütün təhsil ocaqları əvvəlki illərlə müqayisədə yeni inkişaf pilləsinə yüksəlmiş, bu istiqamətdə aparılan ardıcıl dövlət siyasəti Azərbaycan əhalisinin təhsil, ümummədəni və intellektual səviyyəsinin yüksəldilməsində müstəsna rol oynamışdır. Rayon rəhbəri çıxışının sonunda təhsil işçilərinə uğurlar arzu edib.

Hesabatla çıxış edən Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Rəşad Musayev region üzrə şagird nailiyyətləri, ali təhsil müəssisələrinə qəbul nəticələri, respublika fənn olimpiadaları, fənn müsabiqələrinin region üzrə nəticələri, məktəbdənkənar müəssisələrin qazandığı nailiyyətlər, təhsilin təşkili və idarə olunması üzrə statistik məlumatlar, nəzarət tədbirləri çərçivəsində görülmüş işlər, ümumi təhsil müəssisələrində aparılmış təmir-tikinti işlərindən danışıb.

Daha sonra Təhsil İnstitutunun Təhsilverənlərin Peşəkar İnkişafı Mərkəzinin direktoru Nəzakət Mehdiyeva 2023-2024-cü tədris ili ərzində institut tərəfindən həyata keçirilən tədbirlər barədə məlumat verib.

Tədbir müzakirələrlə davam etdirilib.

Keçidlər