Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabad rayonunda İlaxır çərşənbəsi qeyd olunub

17 mart 2026 | 16:25

Sabirabad Rayon İcra Hakimiyyəti və Mil-Muğan Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Kür və Araz çaylarının qovuşduğu “Suqovuşan” adlanan ərazidə, Kür çayının sahilində İlaxır çərşənbəsi münasibəti ilə bayram konserti təşkil olunub.

Tədbirdə Sabirabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov, Mil-Muğan Regional Mədəniyyət İdarəsinin rəisi Nadir Quliyev, rayonun idarə və təşkilatlarının nümayəndələri, mədəniyyət işçiləri və kənd sakinləri iştirak ediblər.

Tədbirdə Həsən Həsənov çıxış edərək iştirakçıları Torpaq çərşənbəsi münasibətilə təbrik edib. O, çıxışında milli-mənəvi dəyərlərimizin qorunmasının və Novruz ənənələrinin yaşadılmasının vacibliyini vurğulayıb.

Daha sonra mədəniyyət nümayəndələrinin ifasında bayram ab-havasını əsk etdirən konsert proqramı təqdim edilib.

Keçidlər