Sabirabad Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Cavad-Yolçubəyli-Narlıq-Qarabucaq kəndlərarası avtomobil yolu cari təmir olunmuşdur
13 aprel 2026 | 11:23
Sabirabad Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə rayon sakinlərinin, xüsusilə Cavad və Yolçubəyli kənd İƏD-ni əhatə edən kəndlərin əhalisinin rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi “34 №-li Yol İstismarı” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən uzunluğu 11 km olan Cavad-Yolçubəyli-Narlıq-Qarabucaq kəndlərarası avtomobil yolunda cari təmir işləri aparılmışdır.
Bu yolun təmir edilməsi kənd sakinlərinin böyük sevincinə səbəb olmuşdur.






