Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabad Rayon İcra Hakimiyyətinin Mətbuat Xidmətinin məlumatı

05 sentyabr 2022 | 17:31

05.09.2022-ci il tarixdə Youtube portalının “Xural TV” kanalında “QAZİYƏM, AMMA SİRAQƏDDİN CABBAROV MƏNİ DÖYDÜ” adlı video-material yayımlanmışdır. Həmin video-materialda Saatlı rayonu Genişkənd kənd sakini Abdullayev Arif Müslüm oğlu özünü qazi kimi təqdim edərək Saatlı Rayon İcra Hakimiyyətinin sabiq başçısı (Hazırda Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı) Siraqəddin Cabbarov barəsində şər-böhtan xarakterli ifadələr işlətmişdir.

Məlumat üçün bildiririk ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Saatlı rayon şöbəsinin verdiyi məlumata əsasən A.Abdullayev 1-ci Qarabağ Müharibəsi dövründə cəmi 15 gün hərbi xidmətdə olub və oğurluq etdiyinə görə hərbi hissədən qovulub. Sonradan ümumi əsaslarla əlillik dərəcəsi alan A.Abdullayevin sinəsinə taxdığı medallar da özünə məxsus deyildir və bununla bağlı araşdırma aparılması üçün hüquq-mühafizə orqanlarına müraciət olunmuşdur.

Ümumiyyətlə S.Cabbarovun barəsində videomüraciətdə səsləndirdiyi bütün faktlar A.Abdullayevin növbəti şər-böhtanıdır və birmənalı deyirik ki, 3 ildən çox Sabirabadda İcra Hakimiyyətinin başçısı işləyən bir vəzifəli şəxsi şantaj etmək yolu ilə mənfəət əldə etmək məqsədi daşıyır.

A.Abdullayev 2021-ci ildə sosial şəbəkələrdə eyni məzmunlu şər-böhtan xarakterli məlumat yaydığına görə S.Cabbarov tərəfindən ona qarşı şərəfin, ləyaqətin, işgüzar nüfuzun müdafiəsinə dair məhkəmədə iddia qaldırılmış və Saatlı rayon Məhkəməsinin 27.05.2021-ci il tarixli qətnaməsi ilə A.Abdullayevin təkzib verməsi və 1000 manat mənəvi zərər ödəməsi barədə qərar çıxarılmışdır.

Keçidlər