Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabad Rayon Icra Hakimiyyətinin başçısı Yunan-Roma güləşi üzrə U-15 Avropa çempionatında ikinci yerin qalibi Səyyad Nağızadəni qəbul edib

28 iyul 2022 | 12:30

Sabirabad Rayon Icra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov və rayon Gənclər və idman idarəsinin rəisi Nadir Quliyev Xorvatiyanın paytaxtı Zaqreb şəhərində keçirilən Yunan-Roma güləşi üzrə U-15 Avropa çempionatında ikinci yerin qalibi, Sabirabad rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin güləşçisi Səyyad Nağızadənin, onun məşqçisi Rəfael Məhərrəmovu, məktəbin direktoru Cəfər Teyfi-İbadzadəni,  Səyyad Nağızadənin babası Səyyad Nağıyevi qəbul ediblər.

Sabirabad Rayon Icra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov idmançını təbrik etmiş və ona gələcək işlərində uğurlar arzulayıb. Səyyad Nağızadə rayon İcra Hakimiyyətinin Fəxri Fərmanı ilə təltif olunub və idmançıya pul mukafatı verilib.

Sonda idmançının babası Səyyad Nağıyev ölkə başçısı cənab İlham Əliyevə idmana göstərdiyi diqqət və qayğıya görə minnətdarlığını, rayon rəhbərliyinə bu qəbulu keçiridiyinə görə təşəkkürünü bildirib.

Keçidlər