Sabirabad rayon icra hakimiyyətinin başçısı yanında Şuranın növbəti iclası keçirilmişdir
Sabirabad rayon icra hakimiyyətinin başçısı yanında Şuranın iclasında rayon icra hakimiyyətinin başçısı Siraqəddin Cabbarov, Şura üzvləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, ərazi nümayəndələri və bələdiyyə sədrləri iştirak etmişlər.
Yığıncağı giriş sözü ilə açan Sabirabad rayon icra hakimiyyətinin başçısı Siraqəddin Cabbarov gündəlikdə duran məsələləri Şura üzvlərinin və iştirakçıların diqqətinə çatdırmışdır.
Şura iclasında Sabirabad RİH başçısının şəhər və kənd inzibati ərazi dairələri üzrə nümayəndəliklərdə təsərrüfatbaşına uçot sənədlərinin aparılması, həmin məlumatların Dövlət Statistika Komitəsinin informasiya sisteminə işlənilməsi vəziyyəti, dövlət qulluqçularının etik davranış qaydaları, prinsipləri və onlara əməl edilməsi ilə bağlı məsələlər müzakirə edilmişdir.
Daha sonra müzakirəyə çıxarılan məsələlərə dair Şura tərəfindən müvafiq qərar qəbul edilmişdir.