Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Bulaqlı kəndində yeni inşa edilən stadionda görülən işlərlə tanış olub

30 sentyabr 2026 | 17:00

Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov Bulaqlı kəndində yeni inşa edilən stadionda aparılan işlərin mövcud vəziyyəti ilə yerində tanış olub.

Baxış zamanı “Marafon” İdman Klubunun fəxri prezidenti Vüsal Xəlilov stadionda görülmüş işlər, yaradılmış infrastruktur və növbəti mərhələdə həyata keçirilməsi nəzərdə tutulan tədbirlər barədə rayon rəhbərinə ətraflı məlumat verib.

Qeyd olunub ki, layihənin əsas məqsədi rayonda idman infrastrukturunun inkişafına töhfə vermək, futbolun kütləviliyini artırmaq, xüsusilə uşaq və yeniyetmələrin idmana marağını gücləndirmək, onların asudə vaxtlarının səmərəli təşkili üçün əlverişli şərait yaratmaqdır.

Rayon İcra Hakimiyyətinin başçısı stadionun ərazisinə baxış keçirərək görülmüş işlərlə və yaradılan şəraitlə tanış olub. Görüş zamanı stadionun gələcək fəaliyyəti, burada futbolun inkişafı istiqamətində nəzərdə tutulan layihələr və qarşıda duran vəzifələr ətrafında fikir mübadiləsi aparılıb.

Keçidlər