Sabirabad Rayon İcra Hakimiyyətində qanunsuz tikililərlə bağlı müşavirə keçirilib
15 noyabr 2023-cü il tarixdə rayon İcra Hakimiyyətinin inzibati binasında keçirilən tədbirdə Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov, RİHB aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, ərazi nümayəndələri, bələdiyyə sədrləri, idarə, müəssisə və təşkilatların nümayəndələri iştirak edib.
Tədbiri giriş sözü ilə açan Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov çıxış edərək bildirib ki, son vaxtlar ərzində rayon İcra Hakimiyyəti tərəfindən qanunsuz tikililərlə mübarizə tədbirlərinin gücləndirilməsi ilə bağlı dəfələrlə tapşırıqlar verilib, buna baxmayaraq bu vacib məsələ daimi nəzarətdə saxlanılmayıb və nəticədə ərazidə qanunsuz tikintilərin artmasına şərait yaranıb.
Tədbirdə çıxış edənlər bu aktual mövzunun müzakirəsi ilə bağlı tövsiyə və tapşırıqlarını verib, rayon ərazisində çoxmənzilli yaşayış binalarında, pay torpaq sahələrində özbaşına tikintilərin, tarix-mədəniyyət abidələrinə qanunsuz müdaxilələrin yol verilməməsi üçün maarifləndirici tədbirlərin keçirilməsi və bu sahədə əhalinin intensiv olaraq məlumatlandırılmasının vacibliyini diqqətə çatdırıblar.