Sabirabad Rayon İcra Hakimiyyətində “Mülki müdafiə sahəsində 2022-ci ilin yekunu və 2023-cü ildə qarşıda duran vəzifələr” mövzusunda müşavirə keçirilib
Sabirabad Rayon İcra Hakimiyyətinin iclas zalında “Mülki müdafiə sahəsində 2022-ci ilin yekunu və 2023-cü ildə qarşıda duran vəzifələr” mövzusunda müşavirə keçirilib.
Tədbirdə Sabirabad Rayon İcra Hakimiyyətinin, FHN Muğan Regional Mərkəzinin və yerli özünüidarəetmə orqanlarının nümayəndələri, aidiyyatı xidmət və təhsil müəssisələrinin, mənzil-kommunal təsərrüfatı təşkilatlarının rəhbərləri iştirak ediblər.
Müşavirədə rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov, Muğan Regional Mərkəzinin Mülki müdafiə tədbirlərinin planlaşdırılması şöbəsinin rəisi, kapitan Anar Sadıqov və digər çıxış edənlər tədbirin əhəmiyyətindən bəhs edib, mülki müdafiə sahəsində birgə fəaliyyətin vacibliyini vurğulayıb.
Sonra Muğan Regional Mərkəzinin Mülki müdafiə idarəsinin rəisi, polkovnik Rafiq Zeynalov çıxış edərək rayon ərazisində mülki müdafiə sahəsində mövcud vəziyyət və problemlər, onların həlli yolları barədə ətraflı məlumat verib. Həmçinin Muğan Regional Mərkəzinin əməkdaşları tərəfindən rayon ərazisində yerləşən mülki müdafiə obyektlərində keçirilmiş monitorinqin nəticələri haqqında müşavirə iştirakçılarına məlumat verilib. Qeyd olunub ki, cari ilin təqviminə uyğun olaraq rayon ərazisində yerləşən idarə və təşkilatlara mülki müdafiə üzrə metodiki yardım göstərilib.
Müşavirənin sonunda yanğın təhlükəsizliyi və dəm qazı ilə bağlı suallar cavablandırılıb.